Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi


Dünya 06 Apr 2020 16:37:47 140 0

Kot-d-İvuarda koronavirus testi mərkəzinə hücum edildi

Rəsmi məlumatlara əsasə, Kot-d-İvuarda bu günədək 261 nəfər virusa yoluxub, 3 nəfər isə ölüb.

Kot-d-İvuarın paytaxtı Abican şəhərində koronavirus testi üçün tikilən mərkəzə sakinlər hücum edib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, binanın divarlarını uçuran kütlə “İstəmirik!” şüarını səsləndiriblər.

Bilidirilib ki, əhalinin belə davranmasına səbəb mərkəzin yaşayış evlərinə yaxın ərazidə tikilməsidir. Ölkənin Səhiyyə Nazirliyi isə onlara binada koronavirusa yoluxanların müalicə olunmayacağını, sadəcə, test aparılacağını söyləyib.

Rəsmi məlumatlara əsasə, Kot-d-İvuarda bu günədək 261 nəfər virusa yoluxub, 3 nəfər isə ölüb.

Xatırladaq ki, Kot-d-İvuar prezidenti Allasane Ouattara martın 23-də fövqəladə vəziyyət rejimi haqqında sərəncam imzalayaraq Abicanda karantin tətbiq edib.

Məktəb, kilsələr və gündəlik ehtiyacın ödənilməsi ilə məşğul olmayan mağazalar bağlanıb, kütləvi tədbirlər qadağan olunub. Dövlət rəsmiləri xalqa maska taxmağı məsləhət görsə də, ölkə üzrə karantin gündəlikdə deyil.