Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək FAKTİKİ HAVA


Digərləri 06 Apr 2020 15:58:56 119 0

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək  FAKTİKİ HAVA

Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata əsasən, aprelin 6-sı səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış yağıb.

Küləyin maksimal sürəti Bakı, Xaçmaz və Sumqayıtda 22 m/s, Binə, Ələtdə 20 m/s, Zabrat, Maştağada 18 m/s, Pirallahıda 15 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Küləkli hava şəraiti aprelin 7-si səhərədək davam edəcək.

Sarıbaş (Qax), Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Biləsuvar və Kişçayda (Şəki) yağış yağıb.