"Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq"


Digərləri 06 Apr 2020 14:06:00 124 0

"Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq"

Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, koronavirus dünyada daha sürətlə yayılmağa başlayıb və daha çox insanın ölümünə səbəb olur.

Deputat vurğulayıb ki, dünyanın ən inkişaf etmiş ölkələri belə bu virusun qarşısını almaqda acizdirlər:

"Dünya tibb elmi bu virusa qarşı effektiv müalicə metodu tapa bilmir. Vəziyyət getdikcə daha təhlükəli hal almağa başlayıb. Tibb elminin inkişaf etdiyi ölkələr öz vətəndaşlarını qoruya bilmirlər. Xəstəxanalarda artıq boş yer qalmayıb. Vəziyyət o həddə çatıb ki, insanlar arasında seçim aparılır, yaşlı xəstələr xəstəxanalara qəbul edilmir, ölümlə üz-üzə buraxılır. Doğurdan da bu, çox acınacaqlı vəziyyətdir".

K.Nurullayeva qeyd edib ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil: