İsraildə koronavirusa yoluxanların sayı 8 500-ü ötdü, 51 nəfər öldü


Dünya 06 Apr 2020 10:03:47 146 0

İsraildə koronavirusa yoluxanların sayı 8 500-ü ötdü, 51 nəfər öldü

Ölənlər əsasən, 49-98 yaş arasında olan şəxslərdir

İsraildə son sutkada koronavirusa daha 593 nəfər yoluxub.

“Report” “Haaretz”a istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə aprelin 6-dək 8 611 nəfər pandemiya yoluxub, 51 nəfər isə infeksiyadan ölüb. Yoluxanlardan141-nin vəziyyəti ağırdır.

Məlumata görə, ölənlər əsasən, 49-98 yaş arasında olan şəxslərdir.