Kanadada koronavirusa yoluxanların sayı 15,5 mini ötüb


Dünya 06 Apr 2020 08:59:00 108 0

Kanadada koronavirusa yoluxanların sayı 15,5 mini ötüb

Son sutkada Kanadada koronavirusa yoluxanların sayı 1,6 mindən çox artaraq 15 512-ə yüksəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə nazərliyi xəbər yayıb.

Ən çox yoluxma halları Kvebek (7.444), Ontario (4.388) və Alberta (1250) əyalətlərindədir.

Kanadada koronavirus infeksiyasına ilk yoluxma hadisəsi yanvarın 15-də qeydə alınıb, indiyədək 280 nəfər ölüb, 3 min nəfər isə sağalıb. Yoluxma hadisələri Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb.