Rusiyada atışma oldu, xəsarət alanlar var


Dünya 06 Apr 2020 02:09:49 141 0

Rusiyada atışma oldu, xəsarət alanlar var

Rusiyada silahlı insident baş verib.

Rusiyada silahlı insident baş verib.

“Report”un məlumatına görə, bu barədə TASS-a Səhiyyə Regional Departamentinin Mətbuat xidmətində bildirilib.

Məlumata görə, hadisə Tümen vilayətində qeydə alınıb. Maslova kəndində baş verən atışma nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılardan biri xəstəxanaya yerləşdirilib, daha iki nəfər ambulator müalicə alıb.

Hadisənin təfərrüatı açıqlanmır.