Dünyada neçə nəfər mobil internet istifadəçisidir?


Digərləri 05 Apr 2020 23:40:00 119 0

Dünyada neçə nəfər mobil internet istifadəçisidir?

"Planet sakinlərinin təxminən yarısı - 3,8 milyard insan hazırda mobil internet istifadəçisidir".

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda GSMA analitik şirkəti məlumat yayıb.

Məlumata görə, bu rəqəm 2025-ci ildə 61% artaraq 5 milyard insana çatacaq.

Şirkət mütəxəssislərinin məlumatına əsasən, ötən ilin sonunda unikal mobil rabitə abonentlərinin sayı dünya əhalisinin 67%-ni, yəni 5,2 milyard insanı təşkil edib: "2025-ci ildə isə bu göstərici 70% artaraq 5,8 milyarda çatacaq"