Fransada koronavirusdan ölənlərin sayı 8 mini ötüb


Dünya 05 Apr 2020 23:32:00 126 0

Fransada koronavirusdan ölənlərin sayı 8 mini ötüb

Fransada yeni növ koronavirusdan ölənlərin sayı 8078-ə çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Sanitariya-tibbi agentliyinin açıqlamasında qeyd edilib.

Ölkədə bu günədək virusa yoluxma hallarının sayının 70478 olduğunu bildirilib. Hazırda 6978 nəfər reanimasiyadadır, 16183 nəfər sağalaraq xəstəxanadan buraxılıb.