Dünyanın ən bahalı telefonunu kim işlədir?


Digərləri 05 Apr 2020 22:55:00 176 0

Dünyanın ən bahalı telefonunu kim işlədir?

Koronavirusla mübarizə nəticəsində bir sıra yeni texnoloji avadanlıqların yaradılması ilə yanaşı,mobil telefonlar da fərqli xüsusiyyətlərə sahib olmağa başlayıblar. Bu, mobil telefon bazarında qiymətlərin qalxmasına səbəb olub.

Son.az ted.az-a istinadən dünyanın ən bahalı mobil telefonlarını təqdim edir:

-FALCON Supernova iPhone 6 Pink Diamond bu sırada ilk yerdə qərarlaşır. Onun dünya bazarındakı satış qiyməti 48.5 milyon dollardır.  24 karatlıq qızıldan hazırlanan telefon hazırda hindistanlı iş adamı Mukesh Ambaninin xanımı Nita Ambanidədir. Fərqli markalar bu tip cihazlar düzəltməyə çalışsalar da, bu telefon bir daha istehsal olunmayıb.

-Black Diamond iPhone 5 15,3 milyon dollarla ikinci yerdə qərarlaşıb. Telefon qızıl, adları açıqlanmayan bahalı daşlar və qara brilyantla dizayn olunub. Şirkət modeli istehsal etmək üçün 9 həftə işləməli olub.

-Stuart Hughes iPhone 4S Elite Gold 9.4 milyon dollara satılıb. Telefonun hazırlanmasında 24 karat qızıl və 53 brilyantdan istifadə olunub.