Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı


Dünya 05 Apr 2020 22:07:00 102 0

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı

Gürcüstanda koronavirusa yoluxan Marneuli rayonundan olan 62 yaşlı azərbaycanlı qadın sağalıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani ölkənin Birinci kanalına bildirib.

Onun sözlərinə görə, pasiyentin COVID-19 infeksiyası ilə bağlı ilkin testi mənfi nəticələnib.

L.Ratiani deyib ki, sabah təkrar test aparılacaq və qadın bir neçə gündən sonra evə buraxılacaq.