British Airways 36 min işçisini ixtisara sala bilər


Digərləri 05 Apr 2020 21:45:00 127 0

British Airways 36 min işçisini ixtisara sala bilər

British Airways şirkəti "COVID 19" pandemiyasına görə 36 min işçisini müvəqqəti ixtisar etməyi planlaşdırır.

Son.az ted.az-a istinadən bildirir ki, ixtisarda hava heyəti, yerüstü işçilər, mühəndislər və aviaşirkətin baş ofisinin işçilərinin 80%-i nəzərdə tutulub.

Qeyd edək ki, martın 31-də British Airways koronavirusa görə Londonun Qatvik hava limanından edilən bütün uçuşları dayandırıb.