Koronavirus xəstələrinə smartfonlar veriləcək


Digərləri 05 Apr 2020 20:45:00 138 0

Koronavirus xəstələrinə smartfonlar veriləcək

Moskvada "COVID 19" virusuna yoluxan xəstələrə smartfon veriləcək.

Son.az ted.az-a istinadən bildirir ki, veriləcək smartfon vasitəsilə infeksiya daşıyıcılarının səhhəti izləniləcək.

"Google Play" tətbiqində "Sosial monitorinq" (Социальный мониторинг) adlı yeni proqram yaradılıb. Moskva rəsmiləri bu proqramla bağlı açıqlama verərək, proqramın hansı məqsədlə hazırlandığını bildiriblər.

Sözügedən proqram vasitəsilə evdə müayinə olunan şəxslərin səhhəti izləniləcək. Əgər xəstənin şəxsi telefonu olmasa və ya o, proqramı şəxsi telefonuna yükləməkdən imtina etsə, ona karantin dövründə yeni smartfon veriləcək. Xəstə sağaldıqdan sonra isə telefonu geri qaytarmalı olacaq.

Sözügedən proqram bu gündən etibarən istifadəyə verilib.