Koronavirusa yoluxan aktrisa: “Sağalmaq üçün əlimdən gələni edirəm”


Dünya 05 Apr 2020 20:49:00 111 0

Koronavirusa yoluxan aktrisa: “Sağalmaq üçün əlimdən gələni edirəm”

Türkiyənin daha çox seriallardan tanınan aktrisası Cansın Çekili bir neçə gündür koronavirusa yoluxma səbəbi ilə karantindədir.

Son.az oxu.az-a istinadən bildirir ki, aktrisa artıq yaxşılaşmaq üzrədir. O, özünün sosial media hesabında bu barədə məlumat verib və tamaşaçılarını özlərini qorumağa səsləyib:

"Müalicəm davam edir. İnanın ki, sağalmaq üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın. Məsafəni hətta bir evdə yaşadığınız insanlarla da qoruyun.  Həqiqətən, bu, çox vacibdir".