Türkiyə koronavirus vaksininin ilk sınağını keçirdi


Dünya 05 Apr 2020 19:52:00 120 0

Türkiyə koronavirus vaksininin ilk sınağını keçirdi

Türkiyədən koronavirus (COVID-19) əleyhinə vaksinlə bağlı xoş xəbər var.

Son.az oxu.az-a istinadən bildirir ki, Türkiyənin Elm Qurumunun üzvü Atəş Kara sosial media hesabında bildirib ki, yeni növ koronavirus peyvəndi artıq heyvanlar üzərində təcrübədən keçib və cavab müsbətdir.

Alim həmçinin qeyd edib ki, bundan sonra bu yeniliyin insanları xəstəlikdən qoruyub-qorumayacağı ilə bağlı prosesə nəzarət edəcəklər.