Mobil cihazların dünya üzrə bazar payı artıb


Digərləri 05 Apr 2020 19:55:00 125 0

Mobil cihazların dünya üzrə bazar payı artıb

Mobil cihazların dünya miqyasında bazar payı artaraq 52,03% olub.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.

Məlumata görə, bu rəqəm fevral ayının göstəricisindən 0,34% çoxdur.

Kompüterlərin dünya üzrə bazar payında isə əksinə azalma müşahidə olunub. Bu ilin fevral ayında 45,66% bazar payına sahib olan kompüterlər, mart ayında 45,32% pay qazanıb.