İranda 300 tibb işçisi koronavirusa yoluxub


Dünya 05 Apr 2020 19:12:00 132 0

İranda 300 tibb işçisi koronavirusa yoluxub

İranda indiyədək 300 tibb işçisi koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Sosial Təminat Təşkilatının müalicə üzrə idarəsinin baş direktoru Əbülfəz Afəridə deyib.

Ə.Afəridənin sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçilərindən 10 nəfəri dünyasını dəyişib.

Afəridə əlavə edib ki, İranın tibb sektorunda təxminən 5 min həkim, 30 mindən çox tibb işçisi çalışır.

Təşkilat rəsmisi bildirib ki, İranda koronavirusa yoluxmuş xəstələrin müalicəsi 100% pulsuzdur. Sığortalanmış şəxslərdən heç bir vəsait tələb olunmur. Bununla belə Sosial Təminat Təşkilatın qeydiyyatında olmayan şəxslərdən müəyyən vəsait alınır.