Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır


Dünya 05 Apr 2020 18:37:00 132 0

Virusun gələcəyini hamıdan əvvəl bildi, 6 ildir meşədə izolyasiyada yaşayır

“Koronavirusun Rusiyaya gələcəyinin deyəndə heç kim mənə inanmadı, hətta bir dost yazdı ki, başın xarab olub deyəsən...?”

Proqramçı və hüquqşünas olan Yura niyə işdən çıxmaq barədə ərizə yazıb və bu həyatı seçib?

Koronavirus pandemiyasını önləmək üçün əsas şərt insanların bir-birindən məsafə saxlaması və izolyasiyasıdır. Bir çox varlılar indi dünyanın müxtəlif adalarında izolyasiya mərhələsini yaşamaqdadır. Dünyanın zəngin insanları xəstəliyə yoluxmamaq üçün şəxsi təyyarələr icarəyə götürür, uzaq adalara yola düşür, tənha villalara çəkilir, xüsusi olaraq hazırlanmış bunkerlərdə bu fəlakətdən özlərini qorumağa çalışırlar. Onlardan bir çoxu hər ehtimala qarşı özləri ilə şəxsi həkimlərini, hətta tibb bacılarını da aparırlar.

Moskvada evini satdı və...

Son.az musavat.com-a istinadən bildirir ki, rusiyalı jurnalist vaxtilə Moskvada evi, yaxşı işi, məvacibi və yapon maşını ("Toyota") olan Yura haqda yazıb. Artıq 6 ildir indiki dillə desək, karantin şəraitində yaşayan Yura Moskvadan 120 kilometr aralıda yerləşən Yaroslavl vilayətinin meşə sahəsində məskunlaşıb. Onun qazmasında yaşamaq üçün hər şeyi var. Bir neçə il əvvəl o, çadırda yaşayırdı, indi isə "yeraltı villasında"... Zənn etməyin ki, bütün dünyada yayılmış koronavirus bəlasından xəbərdar deyil. Xəbərdardır-bu səbəbdən də ona qonaq gəlmiş qəzet müxbirinin tibbi maskasından və əlindəki əlcəyindən çəkinmir. Əksinə, nəzakətlə deyir ki, karantin olduğu üçün onu qazmasına dəvət edə bilməyəcək.

Yura altı il əvvəl meqapolisin səs-küyündən, hündürmərtəbəli binalardakı ofislərdən işləməkdən bezib. İki ixtisası var: proqramçı və hüquqşünas. 2012-ci ildə hər şeydən bezib, yaxşı məvacibindən vaz keçib, işdən çıxmaq barədə ərizə yazıb. Özünü izolyasiya etmək və məskunlaşmaq üçün yer axtarıb. İndi məskunlaşdığı yerdə 6 ay çadırda yaşayıb, sonra isə bu qazmanı düzəldib. Deyir ki, heç bir əmlakı yoxdur. "Bütün əmlakım bir avtomobildir", yol kənarında dayanan köhnə "Toyota"sını göstətrir.

"Virus 10 il əvvəl Moskvaya gəlsəydi..." "Koronavirus on il əvvəl Moskvaya gəlsəydi, yəqin ki, mən də karantin tədbirindən xoşbəxt olub meşələrdə gəzib kabab bişirərdim. Çin virus səbəbindən sərhədlərini bağlamağa başlayandan dərhal sonra nə baş verdiyini anladım.

Dərhal internetdəki izləyicilərimə dedim ki, tezliklə eyni şey Rusiyada da olacaq. Bu iki ay əvvəl idi. Demək olar ki, heç kim mənə inanmadı. Hətta bir dost yazdı ki, başın xarab olub deyəsən...? Çoxu yalnız gözləri ilə görə bildiklərini qəbul edirlər. Virusu görmürlər və necə təhlükəli olduğunu başa düşmürlər. Koronavirusun inkubasiya dövrü iki həftədir. Yəni mövcud xəstələnmə vəziyyəti haqqında danışarkən, əslində iki həftə əvvəl baş vermiş bir vəziyyətdən bəhs edirik. Və belə çıxır ki, hamımız özünü təcridetmə rejiminə keçdikdən yalnız bir-iki həftə sonra sabitləşmə olacaq. Və yalnız bundan sonra virus azalacaq. Putin istinasız hamı üçün ciddi karantin tətbiq etməlidir". Onun özü də vaxtilə ağır xəstələnib burada. Bir aya yaxın qızdırması olub. Amma sağalıb. Dərman çantasının olmadığını deyir, amma buna inanmaq əlbəttə ki, çətindir. Yura deyir ki, internetdə gördüyü boş bir supermarket rəfləri, insanların hətta bir neçə aya yetəcək ərzaq almasına çox təəccüblənib. "Mən şəxsən köhnə "Toyota"mı işə salıb bir neçə kilometr aralıdakı marketə gedəndə gördüm: ailələr hətta üç ərzaq dolu araba sürükləyirdilər".

Özünün altı aylıq ərzaq ehtiyatı var

Yeri gəlmişkən, meşə adamı özü nə yeyir, bir ay ərzindəki "istehlak səbəti" nə qədərdir?

"Səbətim yoxdur" deyə, Yuri olduqca ciddi cavab verir. "Mənim qazmamda bir yemək qutusu var. Orada ən azı altı ay yemək ehtiyatım var. İndi məsələn, bu gün desələr ki, sabah bütün mağazalar bağlanacaq və məhsullardan nəyə ehtiyacım olduğunu soruşacaqsınız? Yəqin ki, yalnız bir şüşə günəbaxan yağı və bir neçə kilo şəkər istəyərəm. Nə qədər xərcim çıxır, deyə hesablama aparmıram. Bütün bunlar əsas deyil. Məsələn, bu səhər sıyıq yemişəm. Noxud və ya düyü bişirə bilərəm. Soya sousu var. Bu sous üçün yerkökü və ya soğan varsa, qızartma edə bilərəm".

Spirtli içki içmir, amma viskiləri...