Qızını mirasdan məhrum etdi


Digərləri 05 Apr 2020 17:58:00 125 0

Qızını mirasdan məhrum etdi

Rusiyalı müğənni Lolita Milyavskaya vəsiyyətində yeganə qızı olan Evanı mirassız qoymağa qərar verib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə "YouTube" verilişlərinin birində məlumat verən 56 yaşlı aktrisa qızının dələduzların qurbanı olmasından qorxuduğunu bildirib:

"Eva ictimaiyyət arasında aktiv qız deyil. O, mənim kimi mühafizəkar böyüməyib. Qızım əmlakını müdafiə edə bilməyəcək. Dünya çox qəddardır. Mən istəmirəm ki, kimsə qızımdan istifadə etsin".