İran bir gündə 4 milyon qoruyucu maska hazırlayacaq


Dünya 05 Apr 2020 14:40:00 140 0

İran bir gündə 4 milyon qoruyucu maska hazırlayacaq

Ölkədə qoruyucu əlcək, yuyucu maye və spirt istehsalı da artıb

Koronavirus xəstəliyinin (COVID-19) yayılması davam edir. Bunu nəzərə alan İran önümüzdəki həftələrdə qoruyucu üz maskaları istehsalını gündə 4 milyonadək artırmağı planlaşdırır.

Son.az musavat.com-a istinadən bildirir ki, İranın sənaye, mədən və ticarət naziri Rıza Rəhmani yerli "İRNA" agentliyinə açıqlamasında belə deyib.

İranın istehsal bölmələri gecə-gündüz işləyir. Əlavə edək ki, İranın gündəlik maska istehsal etmək gücü pandemiya başlamazdan öncə 700.000-ə yaxın idi.

Nazir həmçinin bildirib ki, iki aydan az bir müddətdə ölkədə yuyucu maye və spirt istehsalı müvafiq olaraq, səkkiz və iyirmi dəfə çoxalıb. Qoruyucu əlcəklərin istehsalı isə iki dəfədən çox artıb.

Riza Rahmani vurğulayıb ki, koronavirus xəstəliyi başlamazdan əvvəl ölkədə bir gündə təxminən 2 milyon cüt qoruyucu əlcək istehsal edilirdi, hazırda isə bu göstərici 4.5 milyon cüt səviyyəsindədir.