Gürcüstanda daha bir nəfər koronavirusdan öldü


Dünya 05 Apr 2020 14:01:00 110 0

Gürcüstanda daha bir nəfər koronavirusdan öldü

Gürcüstanda yeni növ koronavirusdan ikinci ölüm faktı qeydə alınıb. 

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib. Bildirib ki, dünyasını dəyişən şəxs 81 yaşlı qadındır.

Qeyd edək ki, Gürcüstanda koronavirusdan ilk ölüm faktı ötən gün qeydə alınıb. Virusa yoluxmuş 79 yaşlı etnik azərbaycanlı qadın dünyasını dəyişib.

Gürcüstanda təsdiqlənmiş koronavirus hallarının sayı hazırda 170  nəfərdə virusa yoluxma təsdiqlənib, onlardan 36-sı sağalıb.