Ukraynada 1225 nəfər COVID19 virusunun daşıyıcısıdır


Dünya 05 Apr 2020 11:11:00 127 0

Ukraynada 1225 nəfər COVID19 virusunun daşıyıcısıdır

Ukraynada koronavirus infeksiyasına yoluxanların sayı 1225-ə çatıb, 32 nəfər bu virusun qurbanı olub, 25 xəstə isə sağalaraq xəstəxanaları tərk edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl nazirlik 28 nəfərin ölməsi, ümumilikdə 1096 nəfərin bu virusa yoluxması və 23 xəstənin də sağalması barədə xəbər vermişdi.