Çində koronavirusdan üç nəfər ölüb


Dünya 05 Apr 2020 05:30:09 155 0

Çində koronavirusdan üç nəfər ölüb

Çində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 30 nəfər artıb, bunlardan 25-i “gətirilmiş” hallardır.

Çində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 30 nəfər artıb, bunlardan 25-i “gətirilmiş” hallardır.

“Report” TASS-a istinadən xəbər verir ki, Çinin Səhiyyə İşləri Dövlət Komitəsindən ölənlərin sayının3nəfər artaraq 213-ə çatdığı bildirilib. Bütün ölüm halları Hubey vilayətində qeydə alınıb. Lakin, vilayətdəson sutka ərzində yoluxma hadisəsi qeydə alınmayıb.

Aprelin 1-dən etibarən, Milli Statistika Komitəsi koronavirusa yoluxsa da virusun simptomları və yaratdığı xəstəlik olmayan 1 024 nəfəri qeydə alıb.

Son məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 17,4 mindən çox insan həkimlərinin nəzarəti altındadır.

Ölkədə 107 nəfər karantində olsa da 295 nəfərin vəziyyəti ağırdır.

Qeyd olunub ki, Çində virusa yoluxanların ümumi sayı 81 669 nəfərə çatıb, 3 329 ölüm hadisəsi qeydə alınıb.