ÜST: “Xəstə deyilsinizsə, maska taxmayın!”


Digərləri 04 Apr 2020 23:40:00 201 0

ÜST: “Xəstə deyilsinizsə, maska taxmayın!”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, xəstə olmayanlar üçün maska taxmaq koronavirusla mübarizədə fayda verməkdən daha çox əlavə risklər yarada bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ÜST tənəffüs qoruyucusu maskalarının istifadəsi ilə bağlı xəbərdarlıq edib.

ÜST-in təcili yardımlar üzrə direktoru Maykl Rayan belə deyib: "Maskanın səhv bir şəkildə çıxarılması yolu ilə infeksiyaya yoluxma mümkün ola bilər və bu vəziyyət də maskanın əlavə risklər yaratdığını göstərir".

Rayan xəstə olmadıqda maskadan istifadədən çəkinməyi tövsiyə edib.