"Bəzən xəstə koronavirus olaola test neqativ nəticə göstərə bilər"


Digərləri 04 Apr 2020 23:30:00 193 0

"Bəzən xəstə koronavirus olaola test neqativ nəticə göstərə bilər"

Niyə test nəticəsi mənfi çıxır, adam isə ikitərəfli pnevmoniya ilə ölüm-dirim mubarizəsindədir? Test xarabdır? Xeyr. Bəs nə baş verir?

Son.az medicina.az-a istinadən həkim pediatr Aytən İsmayılzadənin xəstə koronavirus ola-ola testin yanlış olaraq neqativ göstərməsinin mümkünlüyünü və bunun səbəblərini açıqlayıb

"Test ilə analiz üçün material əsnəkdən göturulur. Əsnəkdə virus varsa, bu keçərlidir. Amma virus elə orda oturub qalmır. Aşağı hissələrə bronxlara və ağciyərlərə keçir. Bizim insanlar da ən ağır halda həkimə muraciət edir. Onun Covid testi bu usulla edildikdə mənfi olur. Amma KT-də görunən atipik pnevmoniya koronavirusdan şubhə etməyə böyuk əsas verir. Hamı bilir ki dekabr - yanvar aylarında ciddi qripp infeksiyası vardı. İnsanlar ailəlikcə yüksək hərarətlə xəstə yatırdı. İndi isə bu cur epidemiya yoxdur. Ona görə də indiki pnevmoniyalarda movcud koronavirus epidemiyasl rol oynayır. Dünyasını dəyişənlərin patoloji anatomik muayinəsi lazimdir ki, ağciyırlərdə gedən proses görünsün. Bu isə bir dəhşətdir. Şəkli bura qoymuram. Amma ağciyərlərin bu cur uzun muddət işlənərək didilmiş - yırtılmış bir qabyuyan süngərə dönməsini görmək çoxx nə bilim nədir... Söz tapmadım.

Qısacası halınızda bir dəyişiklik hiss etdinizsə, vaxtında bildirin, evdə qalıb ağırlaşmayın, çünki o test neqativ olub amma pnevmoniyadan dünyasını dəyişənlər Covid-dən ölüm sırasına girmədikcə siz də "bizdə ölüm azdır" deyib rahat gəzəcəksiz.