Koronavirusun hansı temperaturda uzun müddət aktiv qaldığı müəyyən oldu


Digərləri 04 Apr 2020 21:40:00 126 0

Koronavirusun hansı temperaturda uzun müddət aktiv qaldığı müəyyən oldu

Honkonq Universitetinin alimləri koronavirusun 4 dərəcə selsidə uzun müddət aktiv qaldığını müəyyən ediblər.

Medrxiv saytında nəşr olunan məlumatlara görə, araşdırmaçıların çıxardığı nəticələr koronavirusun 4 dərəcəlik istilikdə uzun müddət stabil qaldığını, dezinfeksiya olunmaması halında isə, təsirinin ancaq 14 gündən sonra düşməyə başladığını göstərib.

Bununla yanaşı, SARS-CoV-2-nin yüksək istiliklərə dözə bilmədiyi və 70 dərəcə selsidə 5 dəqiqə ərzində təsirini itirdiyi qeyd olunub.

Virusun müxtəlif cisimlərin səthində nə qədər qala biləcəyini araşdıran alimlər, SARS-CoV-2-nin kağız üzərində 3 saata qədər, geyimdə və işlənmiş ağacda 2 günə qədər, şüşə səthdə 4 günə qədər və plastik səthlərdə 1 həftəyə qədər qala biləcəyini müəyyən ediblər.