Koronavirusu yayanlardan biri də uşaqlardır


Digərləri 04 Apr 2020 21:30:00 141 0

Koronavirusu yayanlardan biri də uşaqlardır

Dünən Moskvada koronavirusdan ən gənc yaşlı xəstənin ölümü qeydə alındı. 34 yaşlı kişidə ikitərəfli pnevmoniya yarandı. Pasiyentin 2 övladı var idi.

Son.az medicina.az-a istinadən bildirir ki, həkimlər Moskvada koronaviruslu uşaqların da çox olduğunu və bu günə 19 uşaqda virus təsdiqləndiyini bildirir.

"Uşaqlarda xəstəlik simptomsuz və çox yüngül keçir. Hesab etmək lazımdır ki, yoluxdurucuların böyük qismi də elə uşaqlardır. Bu hələ Moskvada ilk yoluxmuşlardan birinin hadisəsi də göstərdi. Həkim qəbuluna gələn uşaq həkimi yoluxdurdu, eləcə də uşaq öz nənəsini yoluxdurmuşdu. Biz etiraf etməliyik ki, uşaq məsələsini ciddiyə almadığımızdan yoluxmanın yayılmasının qarşısını ala bilmədik. Bəlkə də birinci uşaqlar yoxlanıb tədric olunmalıydı".