Qubada karantin rejimini pozan şəxs aşkarlanıb VİDEO


Digərləri 04 Apr 2020 19:06:00 118 0

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb  VİDEO

Qubada karantin rejimini pozan şəxs aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.