Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq


Digərləri 04 Apr 2020 18:10:00 114 0

Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq

Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, əvvəlcə xaricdən gələn vətəndaşlarda aşkarlanan bu virus artıq ölkə daxilində yoluxmalar üzrə artır:

"Hər gün 40-60 nəfərdə bu virus aşkarlanır. Bunun qarşısını almaq mümkün deyil. Riyazi terminlə desək, əgər sağalanlar ədədi silsilə ilə artırsa, xəstələnənlər həndəsi silsilə ilə artır. Yəni sağalanlar toplanma yolu ilə, yoluxanlar isə vurma yolu ilə çoxalır. Bu virusla mübarizədə tək çıxış yolu tətbiq edilən qadağalara ciddi əməl etmək, evdə qalmaq, əsassız yerə evdən çıxmamaqdır. İndi bir nəfər hamı üçün, hamı bir nəfər üçün olmalıdır. Bir nəfər nəinki özünü, ailəsini, hətta bütün cəmiyyəti qorumalıdır. Hər bir insan xüsusi karantin rejiminin qaydalarına əməl etməlidir. Məsuliyyətsizlik etmək lazım deyil".

Deputat qeyd edib ki, bu prosesdə qoca, cavan, uşaq söhbəti yoxdur: