Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək


Digərləri 04 Apr 2020 16:55:00 170 0

Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. Bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq indeks və əcnəbinin şəxsiyyətini təsdiq edən məlumat göstərilməlidir.

Əcnəbilərin barədə zəruri məlumatlar aşağıdakılardır:

- müvəqqəti və ya daimi yaşayanlar üçün - müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);

- müvəqqəti olma müddəti uzadılmışlar üçün - müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);

- olduğu yer üzrə qeydiyyata alınanlar üçün - olduğu yer üzrə qeydiyyat barədə bildirişin (qeydiyyatın) nömrəsi.