WhatsApp Beta yeniləndi: 2 yenilik daha əlavə olundu


Digərləri 04 Apr 2020 08:05:00 148 0

WhatsApp Beta yeniləndi: 2 yenilik daha əlavə olundu

Ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp-ın Beta versiyasına yeniliklər əlavə olunması davam edir. Bu səfər WhatsApp Beta 2 önəmli yenilik ilə gəlir. Bu yeniliklər Vaxtı Bitən Mesajlar və Çoxsaylı cihaz dəstəyidir. Daha əvvəl Avtomatik silinən mesajlar adı verilən funksiya bu səfər qarşımıza Vaxtı Bitən Mesajlar olaraq çıxır. O zaman gəlin WhatsApp Beta 2.20.110 versiyasında gələn yeniliklərə ətraflı baxaq.

Avtomatik silinən mesajlar funksiyası Vaxtı Bitən Mesajlar adı ilə təkrar WhatsApp Beta-ya daxil olundu.

Daha əvvəl də istifadəçilərə təqdim olunan Avtomatik Silinən Mesajlar funksiyası bu səfər Vaxtı Bitən Mesajlar olaraq qarşımıza çıxır. Yeni adlandırma funksiyanın işləmə prinsipini dəyişmir. Yəni mesaj göndərərkən müəyyən vaxtdan sonra silinməsini seçmək istifadəçiyə buraxılır. Beləliklə 1 gün, 1 həftə və 1 ay-dan sonra göndərdiyiniz mesajların avtomatik silinməsini seçmək mümkündür.

Son WhatsApp Beta-sı ilə fərqli cihazlardan tək bir WhatsApp hesabını idarə etmək mümkün olacaq.