Peşəkar velosipedçi könüllü kuryerlik edir


Digərləri 03 Apr 2020 23:55:00 104 0

Peşəkar velosipedçi könüllü kuryerlik edir

İtaliyanın "Astana" klubunun üzvü, məşhur velosipedçi David Martinelli koronavirusla bağlı evdə oturmağa məcbur olan yaşlılara kömək məqsədilə kuryerlik etməyə başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, peşəkar idmançı velosipedlə yaşlılara təmənnasız olaraq yemək, ərzaq və dərman çatdırır. O, bu barədə şəxsi "Instagram" səhifəsində yazıb. Qeyd edib ki, bu işi könüllü olaraq yerinə yetirir.

Martinelli İtaliyanın şimalındakı 1500 nəfər əhalisi olan doğma Lodetto qəsəbəsindəki yaşlılara kömək edir. Sözügedən qəsəbədə aptek və ərzaq mağazaları yoxdur. İdmançı vurğulayıb ki, onun bütün uğurlarında bu qəsəbə sakinlərinin rolu böyükdür və bu yolla o, borcundan çıxır.