“06” ilə piyadanı vurub öldürdü


Digərləri 03 Apr 2020 20:40:00 198 0

“06” ilə piyadanı vurub öldürdü

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az xəbər verir ki, qəza aprelin 2-də saat 9 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Son.az