Dünyanın ən gözəl şəlalərindən biri susuz qaldı


Digərləri 03 Apr 2020 15:49:00 151 0

Dünyanın ən gözəl şəlalərindən biri susuz qaldı

Argentina ilə Braziliya arasında yerləşən dünyanın ən məşhur şəlalərindən olan İquasu susuz qalıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İquasu parkının intendantı Serxio Akosta deyib.

Son günlər şəlalə əvvəlki kimi görünmür. Əvvəl adi su axını 1500 kub metr təşkil edirdisə, indi rəqəm 280-ə düşüb və mənzərə tamamilə dəyişilib. Buna Braziliya tərəfinin suvarma və elektrik enerjisi üçün şlüzlərini bağlaması səbəb olub. Bundan başqa son iki ayda intensiv yağışlar da azalıb", - Akosta bildirib.

Qeyd edək ki, İquasu şəlaləsi sonuncu dəfə 2006-cı ildə belə susuz qalmışdı.