Angela Merkel karantindən çıxdı


Dünya 03 Apr 2020 15:16:57 128 0

Angela Merkel karantindən çıxdı

Almaniya kansleri Angela Merkel özünütəcriddən çıxaraq iş yerinə qayıdıb

Almaniya kansleri Angela Merkel özünütəcriddən çıxaraq iş yerinə qayıdıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədəAlmaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

Bundan əvvəl A.Merkel koronavirusla bağlı bir neçə dəfə test verib və onların hamısının cavabı mənfi olub.

Xatırladaq ki, kansler ona pnevmokok əleyhinə peyvənd vuran həkimin koronavirusa yoluxmasından sonra ev karantininə qapanmağa qərar vermişdi. O, evindən işləyir və video əlaqələr qururdu.