Bakıda avtomobilin vurduğu piyada öldü


Digərləri 03 Apr 2020 14:59:00 106 0

Bakıda avtomobilin vurduğu piyada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindəb Son.az-a verilən məlumata görə, aprelin 2-si saat 9 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.