Avstriyada pandemiya qurbanlarının sayı 168-ə çatdı


Dünya 03 Apr 2020 14:16:18 118 0

Avstriyada pandemiya qurbanlarının sayı 168-ə çatdı

Aprelin 2-də koronavirusdan ölənlərin sayı 158 olub

Avstriyada koronavirusdan ölənlərin sayı artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Avstriya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, pandemiya qurbanlarının sayı daha 10 nəfər artaraq 168-ə çatıb.

Məlumatda həmçinin ölkədə infeksiya daşıyıcılarının sayının11 238 nəfərə yüksəldiyi də vurğulanıb.

Qeyd edək ki, aprelin 2-də koronavirusdan ölənlərin sayı 158 olub. Ən çox yoluxma faktı İtaliya ilə sərhəddə yerləşən Tirol Federal Torpaqda qeydə alınıb - 2 538. Ölkə paytaxtı Vyanada isə 1 625 nəfər yoluxub.

Avstriyada 5 nəfərdən çox toplaşmaq qadağan olunub. Xüsusi rejim qayadalarını pozanları 3,6 min avroyadək cərimə gözləyir.