"Virtual məktəb" layihəsinə qoşula bilməyən şagirdlərin


Digərləri 03 Apr 2020 14:19:00 104 0

"Virtual məktəb" layihəsinə qoşula bilməyən şagirdlərin

"Virtual məktəb" layihəsinə bu və ya digər obyektiv səbəbdən hazırda qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır, onların hansısa şəkildə bu layihəyə qoşulmasına məcbur edilməsindən və ya cəzalandırılmasından söhbət gedə bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun şöbə müdiri Kənan Kərimli deyib.

Məlum olduğu kimi, bu gündən Təhsil Nazirliyinin bütün ölkə ərazisini əhatə edən yeni "Virtual məktəb" layihəsinə qeydiyyat başladı.

Onun sözlərinə görə, qeydiyyatdan istənilən vaxt keçmək olar, əlavə vaxt və ya saat məhdudiyyəti müəyyən edilməyib.

K.Kərimli əlavə edib ki, ölkənin bütün ərazisinə yayımlanan "Teledərslər"lə yanaşı, "Virtual məktəb" layihəsi Nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris almaq üçün əlavə bir imkandır: