Koronavirusu ilk aşkar edən infeksionist həkimdən


Dünya 03 Apr 2020 12:59:00 100 0

Koronavirusu ilk aşkar edən infeksionist həkimdən

COVİD-19 koronavirus infeksiyası simptomları ilə ilk xəstə 2019-cu ilin dekabrın 27-də Uxan şəhər Mərkəzi xəstəxanasına daxil olub. Bu barədə Uhan şəhərinin Mərkəzi xəstəxanasının həkimi Ay Fen Çinin "Jenu" jurnalına müsahibəsində deyir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, çinli həkim Ay Fenin jurnala verdiyi müsahibəsində xəstə infeksiyanı çox ağrı formada keçirirdi, ancaq onda hansı infeksion xəstəliyin olduğunu müəyyən edə bilmirdik. "Xəstəni 10 gün müalicə etsək də, nəticə vermirdi. Pasiyentin vəziyyəti getdikcə ağırlaşırdı. Bu müddət ərzində bir neçə belə xəstə xəstəxanaya daxil oldu. Laborator analizlər nəticəsində xəstələrin ağ ciyərlərində kəskin respiratorlu bakteriyalar, SARS koronavirus  və digər bakterioloji çöplər aşkar edildi. Xəstlərin analizlərinin nəticələri barədə  xəstəxananın  pulmonolgiya şöbəsinin müdirinə təqdim etdik.  O nəticələrə baxdıqdan sonra dedi ki, çox pis..."- həkim bildirib.

Çinli həkim Ay Fen bildirib ki, həmin gecə rəhbərlikdən bir neçə təhdid dolu xəbərdarlıq məlumatı alıb.  Ona xəbərdarlıq edilib ki, yeni xəstəlik barədə heç kimə bir kəlmə də deməsin. "Mən bütün gecəni yata bilmədim və baş verənlər barədə düşündüm"- Ay Fen bildirib.

O deyir ki, səhəri gün onu xəstəxananın  nizam-intizam komissiyasına çağırıblar  və ona  və daha digər 8 həkimə orada şiddətli töhmət  verilib. Həkimlərin cəzalandırılmasına səbəb isə  WeChat vasitəsi ilə  yeni xəstəliyi digər xəstəxana həkimləri ilə müzakirə etməsi olub. Ay Fen deyir ki, bütün məsuliyyəti üzərimə götürməyimə baxmayraq, nəticəsi olmadı və digər 8 həkim də cəzalandırıldı.

Ay Fen bundan sonra rəhbərliklə görüşərək tutduğu vəzifədən azad edilməsini istəsə də, rəhbərlikdən yox cavabı alır. "Axşam evə döndükdən sonra  ərimə bildirdim ki, əgər başıma bir iş gələrsə, uşaqların tərbiyəsi ilə məşğul ol"-  həkim jurnala müsahibəsində deyir.

Bundan sonra həkim koronavirus haqqında hətta yaxınlarına  bir kəlmə deməsə də, onlara maska taxıb,insanların çox olduğu yerdə, küçədə  gəzməməyi tövsiyyə edir.

Buna baxmayaraq Çin hökuməti yeni virusla bağlı mumdünya Səhiyyə Təşkilatını məlumatlandırır.

Ay Fen yanvar ayında işə çıxır. Həkimlər  baş verən hadisələrədən narahat olsa da, real təhlükədən qorunmaq üçün onlar belə xəbərdar edilmir.  Bu barədə həkimlər ancaq öz aralarında gizli söhbətlər zamanı bir-birini xəbərdar edib. Bu barədə SMS və ya messencerlə yazmaq qadağan olunub. Hətta həkim və tibb bacılarına  qoruyucu maska taxmaq qadağan olunub. Məqsəd  panika yaratmamaq olub. Ay Fen deyir ki, vəziyyət  günbə-gün, saatba saat pisləşməyə doğru gedirdi.  Xəstələrin sayı getdikcə artırdı. Hətta vəziyyət o həddə çatır ki,  tibb işçilərindən biri bu virusa yoluxur.

Ancaq yanvarın 16-da  Uhan tibb işçilərinin təcili toplantısında virusun insanlardan bir-birinə keçməsi barədə məsələ gündəmə gətirilir. Yeni koronavirusla bağlı vəziyyət, ancaq 83 yaşlı akademik və 2003-cü ildə SARS koronavirusunu aşkar edən Çjun Nanşan Uhana  gəldikdən sonra dəyişir. 83 yaşlı epidomoloq  Uhan şəhərinin bütövlükdə epidemiyaya yoluxduğunun şahidi olur.  Akdemik yanvarın 19-da  yeni növ koronavirus barədə jurnalistlərə açıqlama veri və bundan bir gün sonra - yanvarın 20-də Çin rəhbərliyi kornavirusla bağlı yaranan böhrana qarşı mübarizəni üzərinə götürür. Məhz bundan sonra yeni koronavirusa qarşı ciddi mübarizə başlanılır.  Görülən tədbirlərə baxmayaraq  xəstələrin sayı sürətlə artırdı.