Son 12 saat ərzində Özbəkistanda COVID19 koronavirusuna yoluxanların sayı 15 nəfər artıb


Dünya 03 Apr 2020 09:07:00 73 0

Son 12 saat ərzində Özbəkistanda COVID19 koronavirusuna yoluxanların sayı 15 nəfər artıb

Son 12 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 15 nəfər artaraq 205-ə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, indiyədək koronavirusdan 25 xəstə tam sağalıb və reabilitasiya mərkəzinə göndərilib, 10 xəstənin vəziyyəti yaxşılaşır, 2 adam ölüb.

Xatırladırıq ki, Özbəkistanda aprelin 1-dən COVID-19 koronavirus təhlükəsi ilə bağlı Daşkənd şəhəri, Qaraqalpaqstan Respublikası və vilayətlərdə yaşı 65-dən yuxarı olan insanlar özünütəcrid rejiminə keçib. Onlar yalnız yaşadıqları məhəllədən zəruri ərzaq və dərman vasitələri almaq üçün küçəyə çıxa bilərlər.