Gürcüstanda koronavirusa yoluxanların sayı 134 nəfərə çatıb


Dünya 02 Apr 2020 23:59:00 133 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 134 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) daha 3 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə hökuməti tərəfindən koronavirusla əlaqədar yaradılan "stopcov.ge" saytında bildirilir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 134 nəfərə çatıb. Bildirilir ki, onlardan 26 nəfəri sağalıb, digərlərinin isə müalicəsi davam etdirilir.