Ermənistanda koronavirusdan daha bir nəfər ölüb


Dünya 02 Apr 2020 23:41:00 156 0

Ermənistanda koronavirusdan daha bir nəfər ölüb

Ermənistanda yeni növ koronavirusdan (COVİD-19) daha bir nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki,  bu barədə öz "Facebook" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Alina Nikoqosyan deyib.

Onun sözlərinə görə, koronavirusdan dünyasını dəyişən 78 yaşlı qadın olub.

Bildirilir ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 6 nəfər çatıb, yoluxan şəxslərdən 5-nin vəziyyəti ağırdır.