Tramp “tvitlədi”,


Digərləri 02 Apr 2020 23:48:00 130 0

Tramp “tvitlədi”,

ABŞ prezidenti Donald Tramp bu gün özünün bir tvit-i ilə ümidsiz şəkildə uculaşmaqda, hətta dəyərini tamamilə itirməkdə olan nefti kəskin bahalaşdırıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Tramp Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft hasilatına dair yeni sövdələşmənin anonsunu verib və dərhal birjalarda neftin qiyməti sıçrayışla artıb.

"Mən elə indicə vəliəhd şahzadə, dostum Məhəmməd bin Salmanla danışdım, hansı ki, o da prezident Putinlə danışıb və mən gözləyirəm ki, onlar neft hasilatını 10 milyon barrelə qədər ixtisar edəcəklər, ola bilsin daha da çox",-Tramp yazıb.

ABŞ prezidenti qeyd edib ki, əgər tərəflər razılaşsalar bu neft və qaz sənayesi üçün gözəl xəbər olacaq. Trampın sözlərinə görə, hasilatın hətta 15 milyon barrel azaldılması mümkündür.

ABŞ prezidentinin bu rəqəmləri haradan götürdüyü məlum deyil. Çünki hətta OPEC+ razılaşması çərçivəsində belə neft ölkələrinin hasilatı azaltması bundan dəfələrlə az-sutkada cəmi 1.5 milyon barrel idi. Razılaşma pozulandan sonra Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 9 milyon barreldən 12 milyon barrelə qədər artırıb. Koronavirus pandemiyasının dünya iqtisadiyyatını iflic etməsinin də təsiri ilə neftin qiyməti kəskin aşağı düşüb.