Qəbir əzabından necə nicat tapmaq olar?


Digərləri 02 Apr 2020 23:50:00 154 0

Qəbir əzabından necə nicat tapmaq olar?

İmam Əli (ə) buyurur: "Ey Allahın bəndələri! O kəsi ki, böyük Allah bağışlamayıb, ölümündən sonrakı çətinlikləri ölüm anında keçirtdiyi çətinliklərdən daha çox olar. Qəbrin sıxıntısından sonra qorxar, qürbət və tənhalığını yada salar. Həqiqətən qəbir hər gün fəryad çəkər ki, mən dəhşət eviyəm. Mən həşəratlar və heyvanlar eviyəm".

Bir insanın qəbri behişt bağlarından biri də ola bilər, cəhənəmin zülmətli çalası da ola bilər. Allahın düşmənlərinə verdiyi vədlərdən biri də qəbrin əzabıdır.

Bəs qəbir əzabından necə qurtula bilərik?

1. İmam Əli (ə) buyurur: "Hər kim hər cümə "Nisa" surəsini oxuyar, qəbir əzabından amanda olar".

2. Başqa bir hədisdə oxuyuruq: "Hər kim "Zuxruf" surəsini davamlı oxuyarsa, Allah Təala ona qəbirdə yer heyvanlarından və qəbir əzabından amanda saxlayar".

3. İmam Sadiq (ə) buyurur: "Hər kəs cümə axşamının zöhründən cümə gününün zöhrünə qədər ölərsə, Allah qəbir əzabında ona nicat verər".

4. İmam Rza (ə) buyurur: "Eşq olsun sizə, ey gecə namazı qılanlar! Hər kim gecənin sonunda ayağa qalxıb, 11 rükət gecə namazını qılarsa, Allah ona cəhənnəm və qəbir əzabından nicat verər. Ömrü uzun olar".

5. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Təkasur" surəsini yatan zaman deyərsə, qəbir əzabından saxlanılar".