Avropada koronavirusdan ölənlərin 95%ni bu yaş qrupu təşkil edir
Dünya 02 Apr 2020 23:14:00 111 0
Avropada koronavirusdan dünyasını dəyişənlərin 95%-i 60 yaşdan yuxarı şəxslərdir.
Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa şöbəsinin rəhbəri Hans Klyuqe bildirib. Onun sözlərinə görə, 95%-in yarısını 80 yaşdan yuxarı olanlar təşkil edir. Onların hər 5 nəfərindən 4-ündə xroniki xəstəlik, hipertoniya və diabet xəstəlikləri də olub.
Klyuqe ölənlər arasında 20 yaşdan aşağı insanların da olduğunu əlavə edib.
Mənbə: milli.az