"Sağlamlığımız naminə bunu etməliyik" Nadir Qafarzadə


Şou-biznes 02 Apr 2020 18:11:00 137 0

"Sağlamlığımız naminə bunu etməliyik"  Nadir Qafarzadə

Məşhur müğənni Nadir Qafarzadə də izləyicilərini evdə qalmağa səsləyib.

Son.az big.az-a istinadən xəbər verir ki, instaqram hesabında video paylaşan Nadir bildirib ki, vəziyyət nə qədər çətin olsa da, evdə qalmaq lazımdır.

"Bilirəm, çox çətindir. Vəziyyətin bu qədər çətin olduğunu anlamazdım. Bilirəm çətindir. İnsanlar işindən-gücündən, dolanışığından qalıb. Amma buna baxmayaraq sağlamlığımız naminə bunu etməliyik. Düşünürəm ki, yaxın günlərdə problemlər həllin tapacaq".