Müdafiə Nazirliyindən 100 min cəsəd torbası istədilər


Dünya 02 Apr 2020 17:13:00 107 0

Müdafiə Nazirliyindən 100 min cəsəd torbası istədilər

ABŞ Federal Fövqəladə Halları İdarəetmə Agentliyindən (FEMA) yeni tip koronavirus (Covid-19) pandemiyasında istifadə olunması üçün 100 min cəsəd torbası tələb edilib.

Son.az xəbər verir ki, agentlik tələbi Müdafiə Nazirliyinə bildirib.

Xəbərə görə, Pentaqon əlindəki 50 min cəsəd torbasını yaxın zamanda agentliyə təhvil verəcək. Qalan hissəni isə tədarük etdikdən sonra göndərəcək.

Məsələ ilə bağlı Pentaqon və FEMA hələ ki, rəsmi açıqlama yaymayıb.