Azərbaycanın bu bölgəsində ictimai nəqliyyatdan istifadə azalıb DANX


Digərləri 02 Apr 2020 16:30:00 110 0

Azərbaycanın bu bölgəsində ictimai nəqliyyatdan istifadə azalıb  DANX

Xüsusi karantin rejimi dövründə Goranboy rayonunda sərnişin sıxlığı 90 faizə qadər azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bəzi regionlarda isə sıxlığın azalmasına hələ də istədikləri kimi nail ola bilməyiblər:

"Hazırkı statistikaya görə, Goranboyda sərnişin sıxlığı 90 faizə qadərə azalıb. Bu rayonla yanaşı Astarada və Lerikdə də azalma müşahidə olunur. Bu bölgələrdə sərnişin sıxlığı istədiyimiz kimi azalsa da, Gəncə şəhərində sıxlıq pik həddədir. Burada gün ərzində 4 min insan ictimai nəqliyyatdan istifadə edir".

N.Allahyarova qeyd edib ki, Şəki, Qax, Zaqatala və Qubada da sərnişin sıxlığı çoxdur.