Uhan sakini şəhərdəki vəziyyətdən danışdı


Dünya 02 Apr 2020 16:31:00 83 0

Uhan sakini şəhərdəki vəziyyətdən danışdı

Çin sakini Tagir İzmailov "RT"nin canlı yayımı zamanı koronavirusun ocağı sayılan Uhan şəhərindəki vəziyyətdən danışıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Prekrasnaya Rossiya bu-bu-bu" verilişinə bağlanan İzmailov bunları deyib:

"Aprelin 8-dək hər kəsin metro və kafe xidmətindən istifadə etmək hüququ yoxdur. Mobil telefonunuzda karantin dövrünü xəstəliksiz keçdiyinizi, yəni təmiz olduğunuzu göstərən profaylı göstərmək tələb olunur".

Onun sözlərinə görə, şəhərdə heç kəs maskasız gəzmir. Sakin qeyd edib ki, meqapolisdə indiyədək buraxılış sistemi fəaliyyət göstərir.

"Yəni, əlbəttə ki, şəhər hələ tam açılmayıb, amma buna çox az qalıb - təxminən, bir həftə... Çin mentalitetinin xüsusiyyətləri, belə deyək, hökumətin xeyrinədir. Yalnız bu gün küçəyə çıxanda başa düşdüm ki, doğrudan da, nə qədər adam evində otururmuş", - İzmailov əlavə edib.