Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınıb


Digərləri 02 Apr 2020 15:29:21 95 0

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınıb

Koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir məktub göndərilməyib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət etmişdi.

Hazırda isə karantin rejimi tətbiq olunduğuna və eyni zamanda rayonlardan Bakıya gəlişin məhdudlaşdırılmasına görə müraciət edənlər yoxdur.

Vurğulanıb ki, indidən Həcc ziyarətlərinin təxirə salınıb-salınmayacağı barədə bir söz demək çətindir. Proseslərin gedişinə uyğun qərar qəbul olunacaq.