“Azəriqaz” açıqlama yaydı


Digərləri 02 Apr 2020 14:02:00 115 0

“Azəriqaz” açıqlama yaydı

"Azəriqaz" İstehsalat Birliyi qurum haqda yayılan məlumatlara aydınlıq gətirib. 

Bununla bağlı Son.az-a daxil olan açıqlamanı təqdim edirik:

""Azəriqaz" İstehsalat Birliyi az işçi qüvvəsi ilə çox iş görməyə çalışır ki, qaz təchizatında problemlər yaşanmasın. İnsanlar arasında bu infeksiyanın daha geniş yayılmamasından ötrü əmək haqları saxlanılmaqla ümumi işçilərin 20 %-i növbədənkənar məzuniyyətə göndərilib. Martın 29-dan etibarən isə 60 yaşdan çox yaşı olan abonentlər üçün sosial aksiyaya start verilib və onların qaz təsərrüfatı ilə bağlı problemlərinin həllini səyyar qruplar həyata keçirir.

Lakin belə məqamda da vəziyyətdən istifadə etmək, əsassız sosial məsələləri şişirdərək narazılıqlar yaratmaq istəyən bəzi "media" qurumları və internet resurslarının fəaliyyəti başadüşülən deyil. Səhifələrində əlaqə koordinatları tapılmayan belə mənbələrin bəziləri Gəncə şəhərində çayxana işlədən Tural adlı bir şəxsin qazının kəsilməsi barədə məsələni qabardıb. Onun karantin rejiminin tətbiqinə dair etirazından yazıblar. Lakin həmin şəxsin koordinatlarını qeyd etməyiblər.